“KQB-nin Meydan hərəkatına qoşduğu adamlar…” – Açıqlama

“KQB-nin Meydan hərəkatına qoşduğu adamlar…” – Açıqlama

Milli Azadlıq Hərəkatının liderləri arasında “KQB” agentlərinin olub-olmaması uzun illərdir ki, müzakirə edilir. Məncə, bu artıq boyat mövzudur və ona qayıtmağın mənası yoxdur. Nəzərə almaq lazımdır ki, Meydan hərəkatının 30 ili tamam olur və indi o vaxtkı situasiya yoxdur.

Bu fikirləri teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Meydan hərəkatının liderləri arasında KQB agentlərinin olub-olmaması haqda suala cavabında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, artıq indi nə SSRİ “KQB”-si, nə də onun şəbəkəsi var:

“Ola bilərdi ki, o zaman Dövlət Təhlükəsizlik Komitəsi Meydan hərəkatını idarə etmək niyyəti ilə öz adamlarından istifadə etsin. Ancaq fakt olmadığı üçün konkret ad çəkə bilmərəm. Məntiqlə sovet hökumətinin hərəkata qoşduğu adamlar olub. Amma konkret olaraq onların kimlər olduğunu deyə bilmərəm. Fikrimcə, ölkənin siyasi həyatının ayrı-ayrı hadisələrində insanların tutduğu mövqedən onların kimə xidmət etdiyini bilmək olar”.

ADP sədri bildirib ki, bu məsələni bilmək üçün arxivə müraciət olunmalıdır:

“Çox güman ki, arxivlərdə bununla bağlı nələrsə var. Məncə, bu həm bizim, həm də Moskva arxivlərində ola bilər”.

Xatırladaq ki, noyabrın 17-də Azərbaycanda milli azadlıq uğrunda mübarizənin başlandığı Meydan hərəkatının 30 ili tamam olur.

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov mətbuata açıqlamasında vurğulayıb ki, birmənalı şəkildə hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilməz: “Kimlərinsə müəyyən əlaqələri olub. Bunu bilənlər yaxşı bilir. O zaman sovet “KQB”-si işləyirdi”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər