Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət edib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, DİM sədri jurnalistlərə açıqlamasında deyib ki, o, müraciətində yeni növ imtahanlarla bağlı qurumun rəsmi saytından, “Abituriyent” jurnalından və Mərkəzin sosial şəbəkəsindən məlumat almağı tövsiyə edib:

“Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyir. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir”.

M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirak məsələsinə də aydınlıq gətirib. “Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə isə 70 faizə qədəri qəbul imtahanında iştirak edir. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslara sənəd verə və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər