“Eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” – Fazil Mustafa

“Eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” – Fazil Mustafa

“Azərbaycanda ən ciddi problem yeni tikilən mənzillərlə bağlıdır. Bu vaxta qədər tikilən binalarda sakinlərin söz sahibi deyil və binanın idarəetməsində iştirak etmir”.

Avropa.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə “Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat mənzil tikintisi zamanı və mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qoyulmasının doğru olmadığını bildirib: “Bu gün sahibkara və mənzil sahibinə nə qədər səlahiyyət versək də, nəticəsi olmur. Nəticədə bütün məsuliyyət sahibkarın üzərinə atılır. Sahibkarın boynuna o qədər yük qoyular ki, o heç tikdiyi binadan gəlir də götürə bilmir. Sahibkar mənzil tikintisi ilə bağlı layihə hazırlayır və tikintiyə başlayır, hansısa qurum gəlir onun tikmək istədiyi binanın mərtəbəsinin, blokunun azaldılmasını tələb edir. Və nəticədə neqativ hallar baş verir. Bu da sonda mənzil fırıldaqçılığlına gətirib çıxarır”.

Deputat deyib ki, eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır: “Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki? Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu şərtdir. Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsələ həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik. Bu məsləni kosmetik dəyişikliklə yox, kompleks qaydada həllinə nail olmalıyıq. Biz birdəfəlik mənzil fırıldaqçılığından qurtulmalıyıq”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər