Paşinyanla qondarma “DQR” arasında savaş pik həddə çatdı, Səfilyan təhdid edir : “Vaxt yoxdur, hakimiyyəti dəyişməliyik”

Paşinyanla qondarma “DQR” arasında savaş pik həddə çatdı, Səfilyan təhdid edir : “Vaxt yoxdur, hakimiyyəti dəyişməliyik”

Ermənistanda dekabr ayının 9-da keçiriləcək parlament seçkilərində “Mənim addımım” alyansının rəhbəri, hazırda baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın qalib gələcəyi təqdirdə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın təyin edilmiş lideri Bako Saakyanın istefaya məcbur ediləcəyi barədə faktlar ortaya çıxıb.

Avropa.info xəbər verir ki, noyabr ayının 26-da başlayan parlament seçkilərinin təbliğat və təşfiqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejimin rəhbərlyi ilə Ermənistanın baş nazirliyinə iddialı birinci şəxsi arasında gizli savaşın detalları məlum olub.

“Helsinki təşəbbüsü – 92” Dağlıq Qarabağ Komitəsinin koordinatoru, Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohanjanyanın Ermənistanın news.am saytında N.Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsi məsələnin ciddi tərəflərini üzə çıxarıb.

Image result for Karen Ohanjanyan

Karen Ohanjanyan

Bəhs olunan məqaləni özünün “facebook” səhifəsində müzakiriyə çıxaran K.Ohanjanyan Ermənistanda baş nazir N.Paşinyanın seçiləcəyi təqdirdə Dağlıq Qarabağda əhalinin ayağa qalxacağı, hakimiyyət dəyişikliyi olacağı və Jirayr Səfilyanın yeni lider olacağını bildirib.

Related image

Jirayr  Səfilyan

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsində “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş Jirayr Səfilyan hazırki parlament seçkilərində  “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəridir.

J.Səfilyan özü də açıqlamalarının birində bildirb ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaq.

“Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur” – Səfilyan belə deyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər