Sensasiya : Dünya nəhənginin sahibinin qızı Kanadada həbs olundu – ABŞ-ın istəyi ilə

Sensasiya : Dünya nəhənginin sahibinin qızı Kanadada həbs olundu – ABŞ-ın istəyi ilə

Çinin texnologiya nəhəngi “Huawei”nin sahibinin qızı və Maliyyə İşlər direktoru (CFO) Menq Vanzhou  ABŞ-ın İrana qarşı sanksiya qərarını pozduğu səbəbilə Kanadada həbs olunub.

Avropa.info xəbər verir ki, Kanada Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, “Huawei”nin sahibi Ren Zhengfeinin qızı və şirkətin Maliyyə İşlər direktoru Menq, dekabrın 1-də Kanadanın Vancouver şəhərində saxlanılıb.

Açıqlamada, ABŞ-ın tələbi üzərinə həbs olunan Menqin dekabrın 7-də məhkəməə çıxarılacağı bildirilib.

Menqin ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə isə  Nyu-York ştatının Şərq Rayonu Məhkəməsində mühakimə olunacağı öyrənilib.

ABŞ Ədliyyə nazirliyi bu ilin aprel ayında Çinin ağıllı telefon istehsalçısı və telekommunikasiya nəhəngi “Huawei”ylə bağlı istintaq başladıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər