“Bələdiyyə seçkilərində CHP və İYİ Partiyanın namizədlərini dəstəkləməyə hazırıq” – PKK-nın siyasi qolu HDP-dən açıqlama

“Bələdiyyə seçkilərində CHP və İYİ Partiyanın namizədlərini dəstəkləməyə hazırıq” – PKK-nın siyasi qolu HDP-dən açıqlama

“Bələdiyyə seçkilərində CHP və İYİ Partiyanın İstanbul, Ankara və İzmirdən namizədliyini irəli sürdüyü ortaq namizədləri dəstəkləyə bilərik.”

Avropa.info xəbər verir ki, bu bəyanatla PKK terror təşkilatının siyasi qanadı HDP-nin həmsədri Pərvin Buldan çıxış edib. Buldan HDP-nin əsas hədəfinin AK Partiya və MHP-ni zəiflətmək olduğunu deyib.

AK Partiya və MHP-ni zəiflətmək kimi kimi bir hədəfimiz var. Türkiyənin qərbində, xüsusilə böyük şəhərlərdə  birgə namizəd çıxararaq AK Partiyanın zəifləməsinə səbəb ola bilərik. Hər kəs AK Partiya və MHP-ni zəiflətmək üçün, hər cür fədakarlığı etməyə hazır olmalıdır” – Buldan belə deyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər