Sabah Azərbaycan Parlamentinin 100 illik yubileyidir – Milli Məclis iclas çağırdı

Sabah Azərbaycan Parlamentinin 100 illik yubileyidir – Milli Məclis iclas çağırdı
Dekabrın 7-də Azərbyacan Parlamentinin yarandığı gündür.
1918-ci il dekabrın 7-də gündüz saat 13:00-da tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.
İlk iclasda Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib.
Avropa.info xəbər verir ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 7-də keçiriləcək.

Milli Məclisin dekabrın 7-də keçiriləck islasının gündəliyinə 21 məsələ daxili edilib.

Deputatlar “Normativ hüquq aktlar barədə” Konstitusiya qanununu, Cinayət-Prosessual, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, “Aviaysiya haqqında”, “Dövlət borcu haqqında”, “Çayçılıq haqqında” , “Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikləkləri müzakirə edəcklər.

Deputatalr “Psixoloji yardım haqqında”qanun layihəsini üçüncü oxunuşda müzakirə edib, qəbul edəcəklər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər