Gürcüstan prezidentinin kürəkəni saxlanıldı – 8 ilədək həbs gözləyir

Gürcüstan prezidentinin kürəkəni saxlanıldı – 8 ilədək həbs gözləyir

Gürcüstan prezidenti Georqi Marqeraşvilinin kürəkəni Mindiya Qoqoçuri Tiflisdə həyata keçirilən xüsusi əməliyyat zamanı həbs edilib.

Avropa.info xəbər verir ki, prezidentin kürəkəni qeyri-qanuni silah saxlamaqda ittiham olunur.

Polisin bu gecə keçirdiyi xüsusi əməliyyat zamanı iki nəfər saxlanılıb. Əməliyyatın keçirildiyini hiss edən şəxslər qaldıqları mənzilin balkonundan silahlarını atmağa başlayıblar.

Gürcü mediasının yazdığına görə, Qoqoçuri birinci dəfə deyil ki, ictimaiyyətin diqqət mərkəzində olur.

O hələ iyul ayında ayağından 3 bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib.

Qoqoçuri Gürcüstanın birinci xanımı Maki Çiçuanın qızı Maşo ilə vətəndaş nikahında olub.

Gürcüstanın polsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən Mindiya Qoqoçuri qeyri-qanuni silah saxlamaqla yanaşı, cinayət barədə məlumat verməməkdə ittiham olunur.

Prezidentin kürəkəni həmçinin özü ilə həbs edilən 24 yaşlı gənci məqsədyönlü olaraq insan sağlamlığına ağır zərbə vurmaq üçün prosesə cəlb edib.

Prezidentin kürəkəninin həbs edildiyi mənzildən zirehli jilet və iki tapança tapılıb. Saxlanılan şəxslər müvəqqəti saxlama təcridxanasına göndəriliblər.

Saxlanılan şəxsləri 8 ilədək həbs cəzası gözləyir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər