Qar uçqununa düşən erməni hərbçi ölü tapıldı – Yenilənib

Qar uçqununa düşən erməni hərbçi ölü tapıldı – Yenilənib

Qar uçqununa düşən Ermənistan ordusunun müqaviləli hərbi xidmətçisi Ayk Karamyan ölü tapılıb.

Avropa.info xəbər verir ki, dekabrın 5-də bir qrup erməni hərbçisi Sisian rayonu ərazisində qar uçqununa düşüb.

Axtarış nəticəsində qar uçqununun altına düşən 3 hərbçi xilas edilsə də, bir nəfəri tapmaq mümkün olmayıb və itkin düşüb.

Xilasedicilərin axtarşı nəticəsində itkin düşən hərbçi ölü vəziyyətdə tapılıb.

***

14:27

Ermənistan ordusunun bir qrup müqaviləli hərbi xidmətçisi uçqun altında qalıb.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə dekabrın 5-də Sisyan rayonu ərazisində baş verib.

Uçquna düşən hərbçilərdən biri hələ də tapılmayıb. Onun xilas edilməsi istiqamətində axtarışlar davam edir.

Uçqun altında qalan digər hərbçilərin vəziyyəti normal hesab edilir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər