Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib… – Mərkəzi Kəşfiyyatın “kölgəsi” sensasion analiz yaydı

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib… – Mərkəzi Kəşfiyyatın “kölgəsi” sensasion analiz yaydı

Amerikanın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor” özünün yeni dərc edilmiş təhlilində göstərir ki, Rusiyanı çəkindirmək üçün Donald Trampın administrasiyası 2019-cu ildə özünün Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda təsirinin gücləndirilməsinə yönəlmiş addımlar atacaq.

Virtualaz.org xəbər verir ki, “Stratfor”un sensasion təhlilinə əsasən diqqət ilk növbədə Moskvanın regiondakı yaxın müttəfiqlərinə-KTMT hərbi blokunun və Avrasiya İqtisadi Birliyinin üzvlərinə yönələcək. Mərkəzin analitikləri hesab edir ki, Belarusu Rusiyadan tam qoparmaq çətindir, ona görə də ABŞ əsas diplomatik səylərini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəldəcək. Amma Minsk də diqqətdən kənarda qalmayacaq. Yaxın vəzifə kimi Ağ ev qarşısına Ermənistanla sıx qarşılıqlı münasibətlər yaratmağı qoyub.

Amerikalı kəşfiyyat analitiklər qeyd edirlər ki,  Birləşmiş Ştatlar administrasiyası Moskvanın yaxın müttəfiqlərini ondan qoparmaqla  zəiflədilməsinin zəruriliyini dərk edib. Və bu məsələdə uğur qazanacağını hesablayır.

Analitiklərin fikrincə, KTMT hazırda ən zəif hərbi-siyasi alyansdır. Blokun yaradılmasına dair müqaviləyə nə vaxtsa yenidən baxılmalı və konkretləşdirilməlidir. Əks halda təşkilat gec-tez dağılacaq.

Qeyd olunur ki, KTMT heç vaxt üzvlərindən hansısa birinə hərbi dəstək verməyib. 2010-cu ildə Qırğızıstan hökuməti ölkə daxilində baş qaldırmış münaqişəni, xalq üsyanını yatırmaq üçün KTMT-dən qoşun göndərilməsini xahiş etdi, amma rədd cavabı aldı.

“Ermənistana isə müttəfiqlərindən heç biri Qarabağ müharibəsində kömək etmir. Hətta Azərbaycan ordusunun diversiya qrupu Ermənistanın Tavuş vilayətinə həmlə edəndə Yerevan dəstəksiz qaldı. Bundan əlavə Ermənistanın KTMT üzrə müttəfiqləri Rusiya, Belarus və Qazaxısan Azərbaycana silah satır. Çünki müqavilədə blok üzvlərinin silah alverinə qadağa qoyulmur. Yəni orada blok üzvləri ilə münaqişədə olan hansısa ölkəyə silah satılmasına qadağa yoxdur”-mərkəzin analitikləri bildirir.

Yeri gəlmişkən, Moskva özü də yaxın dostlarının dəstəyindən tez-tez məhrum olur. İndiyə qədər KTMT üzvlərindən heç biri Krımı Rusiya ərazisi kimi tanımayıb. O cümlədən, Rusiyanın faktiki ilhaq etdiyi Cənubi Osetiya və Abxaziyanın da müstəqilliklərini Moskvadan başqa KTMT üzvlərindən heç kim tanımır. Suriyadakı müharibəni də Rusiya üç ildir tək aparır. Bu müddət ərzində təkcə Ermənistan Suriyaya hansısa humanitar missiya göndərmək niyyətində olduğunu deməyə özündə cəsarət tapıb.

Baxmayaraq ki, KTMT çərçivəsində hər il bahalı təlimlər keçirilir, operativ qərargah yaradılıb, kollektiv çevik reaksiya qüvvələri, hava hücumundan vahid müdafiə sistemi, qoşunların vahid mərkəzdən idarə olunması sistemi və s. yaradılıb. Amma təşkilatın real monolitliyi əldə olunmasa kritik məqamlarda bunların heç biri işə yaramayacaq.

“Stratfor” qeyd edir ki, Moskva  KTMT üzvlərindən daha çox Tacikistana və Belarusa ümid edə bilər. Tacikistanda Rusiya hərbi bazası yerləşdirilib, hərçənd Belarusda rus bazası yoxdur. Amma hər iki halda dövlət başçıları nəzərə alır ki, Qərblə qarşıdurmaya getsələr onları nə gözləyər. Muammar Qəzzafinin və Viktor Yanukoviçin taleyi buna sübutdur.

“Kremlin ən etibarız müttəfiqi Qazaxıstandır. Astana ABŞ vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv edib və latın əlifbasına keçir. Amma bunlar hələ dərdin yarısıdır. Amerika biznesi çoxdan Qazaxıstanda, o cümlədən neft-qaz layihələrində möhkəmlənib. Son 20 ildir Astana ABŞ-dan silahlar alır, öz hərbçilərini təhsil almaq üçün Amerikaya göndərir. Hər il “Səhra qartalı” adı altında Amerika-Qazaxıstan birgə təlimləri keçirilir. Bu təlimlər üçün Alma-Ata yaxınlığında xüsusi poliqon da yaradılıb. Və Rusiya hərbçiləri həmin təlimlərə heç müşahidəçi qismində də dəvət olunmur.

Bundan əlavə Alma-Atanın özündə Pentaqon 130 milyon dollar xərcləyərək bioloji laboratoriya da yaradıb. Amerikanlar əvvəldən gizlətməyiblər ki, bu laboratoriya ən təhlükəli yoluxucu ştammların saxlanılması üçün nəzərdə tutulub. Üstəlik Astana Amerika hərbi yüklərinin Əfqanıstana tranzitinə imkan yaradıb.

Rusiyanın Qırğızıstanla da müttəfiqlik münasibətləri kövrəkdir, baxmayaraq ki, orada hərbi bazası var. Ermənistan bu yaxınlara qədər Rusiyanın ən yaxın müttəfiqi hesab edilirdi. Amma orada da məxməri inqilab qalib gəldi və amerikalılar bundan istifadə edib dərhal öz emissarları Con Boltonu Yerevana göndərdilər.

Ermənistanın yeni lideri Boltonun Amerikanın Yerevana silah sata biləcəyi haqda təklifini eşidib belə dedi: “Hökumət bu məsələdə heç bir məhdudiyyətlərlə bağlanmayıb.Əgər ABŞ-dan yaxşı təklif daxil olsa biz onu müzakirə etməyə hazırıq”. Bundan əlavə KTMT baş katibi Yuri Xaçaturova və “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi qaldırıldı. Yerevanla Moskva arasında münasibətlər dərhal gərginləşdi.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər