Trampın qalmaqallı Qüds qərarından bir il keçdi – İşğalı müdafiə edən siyasi hikkə

Trampın qalmaqallı Qüds qərarından bir il keçdi – İşğalı müdafiə edən siyasi hikkə

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıması barədə qalmaqallı qərarından bir il keçir. ABŞ prezidentinin İsrail işğalını müdafiə edən bu qərarını yalnız nüfuzu olmayan ölkələr  dəstəkləyib. 

Avropa.info xəbər verir ki, Trampın qərarına ancaq dünyanın Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Toqo, Gvametala kimi nüfuzu olmayan ölkələr tanıyıb.

Tramp bu qərarının dünya birliyi tərəfindən dəstək alınmasına çalışsa da, bu istəyinə nail ola bilməyib. Yalnız ABŞ və Gvatemala Qüdsdə səfirlik açıb.

Trampın bu qərarı dünyanın aparıcı ölkələri tərəfindən ciddi qınaq obyektinə çevrildi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın səfirliyini Qüdsə köçürməsi ilə bağlı mövqeini zamanıda belə dəyərləndirib: “Qüds, xüsusən də Şərqi Qüds Fələstin paytaxtıdır. İslam dünyası olaraq biz bunu belə qəbul edir və bilirik”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər