İdmançımız dünya çempionatında böyük uğurlar qazandı – Foto

İdmançımız dünya çempionatında böyük uğurlar qazandı – Foto
30 noyabr- 2 dekabrda Ukraynada “Dünya Hərbi Döyüş Çoxnövçülüyü” üzrə dünya çempionatı keçirilib.
Avropa.info xəbər verir ki, dünya çempionatında ölkəmizi təmsil edən idmançılarımızdan 3 nəfər medal əldə edib.
İdmançılarımız Vüsal Abdullazadə (75 kq 18-39 yaş) qızıl, Kamil Quliyev (80 kq, 18-39 yaş) qızıl, İlkin Əlizadə isə (16-17 yaş, 65 kq) gümüş medal qazanıblar.
İbayev İbrahim isə 7-10 yaşa qədər olan uşaq və yeniyetmə idmançıların dünya birinciliyində komandamızın hesabına bürünc medal qazandırıb.
Gərgin mübarizə şəraitindən keçən dünya çempionatında 800 idmançı və xüsusi təyinatlı hərbiçilər mübarizə aparıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər