Poroşenko qərar verdi: Ukrayna Rusiya sərhədinə hərbi qüvvə toplayır

Poroşenko qərar verdi: Ukrayna Rusiya sərhədinə hərbi qüvvə toplayır

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə sərhədə hərbi qüvvə toplamaqla bağlı qərar verdiyini bildirib.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz “Twitter” hesabından yayıb.

“Təcavüzkarın əməllərinə müvafiq cavabın verilməsi məqsədi ilə dövlətin müdafiə qüvvələrinin istifadəsinə dair strateji plana uyğun olaraq hərbi birliklərin artırılması barədə şəxsən mənim tərəfimdən qərar verilib. Bu məqsədlə də Ukrayna Silahlı Qüvvələrinin qoşunları, müdafiə imkan və döyüş qabliyyətimizi təmin etmək üçün sərhəd xəttimizdəki təhlükəli bölgələrə yerləşdirilir”,- Poroşenko bildirib.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında gərginlik yaşanıb. Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər