Saakaşvili teleaparıcılığa başlayır

Saakaşvili teleaparıcılığa başlayır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində bu ölkənin ZİK telekanalında siyasi tok-şouya aparıcılıq edəcək.

Avropa.info xəbər verir ki, bu barədə Saakaşvili öz Facebook səhifəsində yazıb.

Saakaşvili telekanalında “Cokerlər. Prezidentliyə gedən yol” proqramının aparıcısı olacaq.

Şou-proqramda dekabrın 7-dən etibarən Ukraynada prezidentliyinə namizədlər haqında araşdırma aparacaq seriya filmlər dekabrın 7-dən etibarən efirdə nümayiş etdirilməyə başlayacaq.

“Mən prezidentin öz vətəndaşına layiqli həyat şəraitini yaratması üçün hansı xüsusiyyətlərin olmasını bilirəm. Artıq uzun illərdir ki, Ukrayna siyasətçilərini heç də pis tanımıram. Ona görə də mən ZİK telekanalının jurnalistləri ilə birgə ukraynalıların yaddaşını yeniləməklə, 2019-cu il seçkilərinin tam şüurlu şəkildə etməsinə çalışacağıq”,- Saakaşvili bildirib.

Saakaşvili hazırda Niderlandda yaşayır. Çox güman ki, Saakaşvili proqrama kənardan qoşulacaq. Proqramın moderatu aparıcı Boqdan Maşay olacaq.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər