Ərdoğan AKP-li millət vəkillərini bir araya toplayır – Binəli Yıldırımın yerinə namizəd kim olacaq?

Ərdoğan AKP-li millət vəkillərini bir araya toplayır – Binəli Yıldırımın yerinə namizəd kim olacaq?

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində İstanbul böyük şəhər bələdiyyə sədriyinə namizədliyi irəli sürülücək Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım tutudğu vəzifəsindən istefa verdikdən sonra onun yerinə yenisi seçiləcək.

Avropa.info xəbər verir ki, Ərdoğan Binəli Yıldırmın namizədliyi irəli sürəcəyi təqdirdə, AKP-dən olan millət vəkillərini bir araya toplayacaq.

Həmin toplantında TBMM sədriliyinə namizədlər müzakirə olunacaq.

Binəli Yıldırımın İstanbul böyük şəhər bələdəyyəsinə namizədliyinin dekabrın 22-23-də elan ediləcəyi gözlənilir. Bu məqsədlə də Ərdoğanla Binlə Yıldırımın yaxın günlərdə görüşəcəyi bildirilir.

Binəli Yıldırımın tutduğu vəzifəyə sürpriz namizdələrin adları açıqlanmağa başlayıb. Bunlar AKP qrup rəhbəri, Amasiyadan olan millət vəkili Naci Bostançı, İstanbuldan millət vəkili Mustafa Şentop, Sivasdan millət vəkili İsmət Yılmaz və Adıyamanda millət vəkili Ahmet Aydının adları hallanır.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər