Nazirlərin Milan görüşü barədə birgə bəyanat verildi – Növbəti danışıqların vaxtı vaxtı açıqlandı

Nazirlərin Milan görüşü barədə birgə bəyanat verildi – Növbəti danışıqların vaxtı vaxtı açıqlandı

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq verib.

Avropa.info xəbər verir ki, bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.

Həmsədrlər, eyni zamanda, gələcəkdə də tərəflər arasında intensiv dialoqun davam edəcəyinə və münaqişənin nizamlanmasında konkret nəticələr əldə ediləcəyinə ümidli olduqlarını qeyd ediblər.

Azərbaycan və Ermənistan XİN başçıları həmçinin tərəflər arasında gərginlyin aradan qaldırılması, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində intensiv danışıqlar aparacaqlarını bəyan ediblər. Bu məqsədlə nazirlər 2019-cu ilin əvvəlində ATƏT Minsk Qrupu həmsədrlərinin rəhbərliyi altında yenidən görüşəcəklərinə razılıq veriblər.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər