Baş nazirlə münaqişə: Prezident 3 nazirin istefasını qəbul etdi

Baş nazirlə münaqişə: Prezident 3 nazirin istefasını qəbul etdi

Prezident təhsil və elm, mədəniyyət, həmçinin ətraf mühit nazirinin istefalarını qəbul edib.

Avropa.info xəbər verir ki, Litva prezidenti Dalya Qribauskayte təhsil və elm naziri Yurqitı Pyatraukenin, mədəniyyət naziri Liana Puokite-Yonssonun və ətraf mühit naziri Kyastutis Navitskasın istefa ərizəsini qəbul edib.

Mədəniyyət nazirindən başqa digər iki nazir bu gündən etibarən vəzifəsindən azad olunur.

Mədəniyyət naziri ilə bağlı qərar dekabrın 21-də qüvvəyə minəcək.

Hər üç nazirin istefasına Litvanın Baş naziri Saulyus Skvyarnyalislə aralarındakı konflikt səbəb olub.

Dekabrın 5-də prezidentlə görüşdən sonra Ruokite-Yonsson və Navitskiy bildiriblər ki, artıq onlar baş nazir ilə işləmək istəmirlər.

Onlar baş naziri göstərdiyi təzyiqlərə görə tənqid edərək bildiriblər ki, o, nazirlərin arxasında gizlənir.

Vəzifəsindən azad edilən mədəniyyət naziri isə mədəniyyət strategiyasını hazırlamaq üçün ona vaxt verməsini prezidentdən xahiş edib.

Amma baş nazir bildirib ki, bu, heç bir məna daşımır: “Əgər prezident mədəniyyət naziri bundan sonra da vəzifəsində qalaraq işləməsinə razılıq verəcəksə, bu ancaq parlamentin təşəbbüsü ilə oal bilər”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər