Köçəryanın saxlanıldığı həbsxana bəlli oldu – MTX rəhbəri açıqladı (Yenilənib)

Köçəryanın saxlanıldığı həbsxana bəlli oldu – MTX rəhbəri açıqladı (Yenilənib)

Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilməsi barədə qərar verilib.

Avropa.info xəbər verir ki, Ermənistanın Apellyasiya məhkəməsi birinci instanisya məhkəməsinin sabiq prezident Robert Köçəryan barəsindəki qərarını qüvvədə saxlayıb.

Bu barədə məlumat verən Köçəryanın vəkili Ayk Alumyanın sözlərinə görə, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlamaq Köçəryanın həbsi deməkdir. Vəkil bildirib ki, məhkəmə həbs qərarının dəyişdirilməsi barədə onların şikayətini rədd edib.

Həbs qərarı çıxarılarkən Köçəryan məhkəmə zalında olmayıb.

Apellyasiya məhkəməsində Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses noyabrın 27-də başlayıb və prosesdə 6 prokuror, o cümlədən Ermənistanın baş prokuroru Artur Davtayn iştirak edib.

***

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib ki, Köçəryan artıq həbs edilib və “İrəvan-Kentron”da saxlanılır.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər