Ərdoğan Putinə müraciət etdi: “Onları azad edin”

Ərdoğan Putinə müraciət etdi: “Onları azad edin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən Kerç insidenti zamanı ələ keçirilən ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib.
Avropa.info xəbər verir ki, bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib.
“İnsidentdən sonra mən hər iki tərəflə – əvvəlcə Putinlə, sonra Poroşenko (Ukrayna prezidenti) ilə telefonla danışdım, daha sonra isə Argentinada (“G20” sammitində) söhbət etdik. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırdım. Hadisələrin inkişafına baxacağıq və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar. Bildiyim qədərilə, indi insidentin araşdırılması prosesi gedir. Araşdırmadan sonra qərar qəbul olunacaq. Bu cür hallarda biz sadəcə xahiş edə bilərik, bundan o tərəfə keçməyəcəyik”, – deyə Ərdoğan bəyan edib.
Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında gərginlik yaşanıb. Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.
Gəmilərin 24 nəfərlik heyət üzvləri də saxlanılıb. Kerç insidenti Moskva ilə Kiyevin münasibətlərində yeni gərginlik yaradıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər