Türkiyədə Rusiya səfirinin öldürülməsi ilə bağlı məhkəmə yanvarın 8-də başlayacaq

Türkiyədə Rusiya səfirinin öldürülməsi ilə bağlı məhkəmə yanvarın 8-də başlayacaq

Türkiyə məhkəməsi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı ittihamnaməni qəbul edib.

Avropa.info xəbər verir ki, cinayət işi ilə bağlı məhkəmə prosesi 2019-cu il yanvarın 8-də başlayacaq.

Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və aralarında Fətullah Gülənin də olduğu 28 nəfərin yer aldığı ittihamnamədə şübhəli şəxslərə “konstitusiya quruluşunun devrilməsi”, “silahlı terror qruplaşmasına üzvlük”, “terror məqsədi ilə planlaşdırılan qətl” və digər ittihamlar irəli sürülüb, onlar barəsində ağırlaşdırılmış ömürlük və müxtəlif həbs cəzaları tələb edilib.

İttihamnamədə Karlovun həyat yoldaşı Marina Mixaylovna, həmçinin hücum zamanı yaralanan Anıl Deyer, Leyla Gündoğan və Anastas Zimrikaki də şikayətçi qismində yer alıblar.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib. Səfirə atəş açan polis əməkdaşı Mövlud Mert Altıntaş əməliyyatın gedişində öldürülüb. Karlov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər