Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub.
Avropa.info axar.az-a istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb.
Faktla bağlı araşdırma aparılır.