Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır… – Şok video

Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır… – Şok video

Afrika ölkəsi Burundidə rejim əleydarlarının saxlanıldığı məxfi həbsxanada dustaqlar işgəncə ilə öldürülüb, onların qanı sözün əsl mənasında su yerinə axıb.

Virtualaz.org xəbər verir ki, məxfi həbsxananın yanından keçən arxda qana oxşayan al qırmızı mayenin axdığını əks etdirən şok video hələ 2016-cı ildə internetdə yayılmışdı. Həmin vaxt belə versiyalar var idi ki, həmin binanın divarları arasında rejimin əleydarlarını işgəncə ilə öldürürlər. Və indi BBC jurnalistləri həmin versiyanı təsdiqləyən şahidləri tapa biliblər.

Burundidə insanlar prezident Pyer Nkurunzizanın üçüncü dəfə namizədliyini irəli sürməsinə etiraz olaraq küçələrə çıxmışdılar. Bu zaman rejim qüvvələri etirazçılara qarşı silah işlədib, yzlərlə adam öldürülüb, qalanları həbsə atılıb. Nkurunziza isə yenə də hakimiyyətdə qalıb.

Jurnalistlər həmin hadisələr zamanı həbs edilənlərdən birini tapıblar. Familiyasını gizli saxlamağı xahiş edən Pyer adlı həmin burundili deyib ki, o etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əlinə keçib və dəhşətli işgəncələrin şahidi olub. Onun sözlərinə görə, insanlar qaçmaq istəyəndə mühafizəçilər qışqırırdı: “Tutun o köpəkləri!”

Dustaqları tutandan sonra onları otaqlardan birinə aparırdılar, orada dustaqlar elə dəhşətli şəildə qışqırırdılar ki, sanki onları öldürürdülər. Və bundan sonra onları heç kim görmürdü. “Fikrimcə onları doğrudan da öldürürdülər”-həmin şəxs deyib.

Məlum olub ki, suya qarışmış qanın axdığı drenaj məxfi həbsxananın hamam otağı ilə əlaqəli olub.

https://embed.life.ru/video/d0c5e78c0e511a454f9606c76b1a312c

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər