Rusiyanın Perm vilayətində mədəndə qalan şaxtaçıların meyitləri aşkarlanıb – VİDEO

Rusiyanın Perm vilayətində mədəndə qalan şaxtaçıların meyitləri aşkarlanıb – VİDEO

Dağ xilasediciləri Solikamskda “Uralkaliya” şaxtasında səkkiz nəfərin cəsədlərini aşkarlayıb.

Avropa.info report-a istinadən xəbər verir ki, xilasedicilər şaxtaçıların qaldığı mədənə yeddinci dəfə enməyə təşəbbüs ediblər.

Perm diyarının qubernatoru Maksim Reşetnikov və əlahiddə hərbiləşdirilmiş Bereznikovsk mədən-xilasetmə dəstəsinin komandiri Mixail Pestov doqquz işçinin sağ qalmaq şanslarının cüzi olduğunu bildiriblər.

Xatırladaq, dağ xilasediciləri yüksək temperatura və metal konstruksiyaların deformasiyasına görə şaxtaçıların olduğu yerə enə bilmirdilər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər