CAR-da qatar qəzası nəticəsində yaralananların sayı 604 nəfərə çatıb – VİDEO

CAR-da qatar qəzası nəticəsində yaralananların sayı 604 nəfərə çatıb – VİDEO

Cənubi Afrika Respublikasında (CAR) iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 604 nəfərədək artıb.

Avropa.info xəbər verir ki, bunu paytaxt Pretoriyanın Tsvane dairəsinin başçısı Solli Msimanqa bildirib. Bundan əvvəl respublikanın təcili yardım xidməti qəzada 3 nəfərin həlak olduğu və 200 nəfərin zərər çəkdiyi barədə məlumat yaymışdı.

“Bu gün Tsvanedə kədərli gündür, iki qatarın toqquşması nəticəsində üç nəfər ölüb, 604 sərnişin xəsarət alıb”, – Msimanqa Twitter səhifəsində belə yazıb.

****

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı Mountaine Vieu stansiyasında iki sərnişin qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

Avropa.info report-a istinadən xəbər verir ki, səhiyyə qurumlarından xəsarət alanların xəstəxanalara yerləşdirildiyi, onlardan birinin ağır vəziyyətdə olduğu bildirilib.

Bölgədəki yerli dəmir yollarının operatoru “Metrorail” şirkətinin sözçüsü hər iki qatarın Mabopane stansiyasından paytaxt istiqamətində eyni xətlə getdiyini bildirib. Hadisənin səbəblərinə dair araşdırma aparılır.

Ölkə Prezidenti Kiril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər