Kərkükdə kürd bayraqlarının asılması gərginlik yaratdı – Hökumət 24 saat vaxt verdi (Foto)

Kərkükdə kürd bayraqlarının asılması gərginlik yaratdı – Hökumət 24 saat vaxt verdi (Foto)

İraqın mərkəzi hökuməti Kərkükdə partiya binalarından yenidən asılan bayraqların götürülməsi üçün İraq Kürd Bölgəsinin rəhbərliyinə 24 saat vaxt verib.

Avropa.info xəbər verir ki, İraq mərkəzi hökumətinin Terrorla Mübarizə İdarəsi Kərkükdəki Kürdüstan Yurdsevərlər Partiyasının binalarından asılan İrak Kürd Ərazi İdarəetməsinin bayraqlarını götürməyi tələb edib.

2017-ci ildə İraqın kürd bölgəsində keçirilən referendumdan sonra Bağdad Kərkük başda olmaqla, mübahisəli əraziləri öz nəzarətinə keçirməklə yanaşı, orada kürd bayraqlarının asılmasını qadağan edib.

Son günlərdə Kərkükdə yenidən kürd bayraqlarının asılması bölgədə yeni gərginliyə səbəb olub və məsələyə İraq mərkəzi hökuməti qarışıb.

Bağdad Ərbildən təzili olaraq kürd bayraqlarının yığışdırılmasını tələb edib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər