ABŞ tarixində ilk dəfə: Türk bələdiyyə sədri seçildi

ABŞ tarixində ilk dəfə: Türk bələdiyyə sədri seçildi

23 il bundan öncə ABŞ-a köç edən Tayfun Selen Nyu Cersi ştatındakı Chatham bələdiyyəsinin sədri seçilib.

Avropa.info xəbər verir ki, 1992-ci ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirən Tayfun Selen 1996-ci ildə ABŞ-a köçüb.

2017-ci ildə Chatham bələdiyyəsinə üzv seçilən T. Selen ötən həftə bələdiyyə məclisində sədrliyə keçirilən seçkilərdə namizədliyi irəli sürülərək, bələdiyyə sədri seçilib. Bununla da T.Selen ABŞ-da bələdiyyə sədri olan ilk türk olub.

Siyasi fəaliyyəti barədə “Anadolu”ya danışan T.Selen bildirib ki, bələdiyyə sədri seçilməyinin ABŞ-da yaşayan türklərin ölkədəki siyasi proseslərdə iştirakına gözəl  təkan ola bilər.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər