Mustafa Hacıbəyli hakim qarşısında – Cinayət işinə xitam verilmədi

Mustafa Hacıbəyli hakim qarşısında – Cinayət işinə xitam verilmədi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Avropa.info musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
M.Hacıbəylinin vəkili vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.
M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər