Hulusi Akar: “Hədəfimizdə Mənbiç və Fəratın şəqridir”

Hulusi Akar: “Hədəfimizdə Mənbiç və Fəratın şəqridir”

“Hədəfimizdə Mənbiç və Fəratın şəqri var. Bununla əlaqədar olaraq lazımi hazırlıqlar görülüb və planlaşmalar həyata keçirilib. Hazırlıqlarımız gərgin şəkildə davam edir. Zamanı gələndə bundan öncə həyata keçirdiyimiz əməliyyatlar kimi, bu əməliyyat nəticəsində terrorçular qazdıqları xəndəklərə gömüləcək”.

Avropa.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Şanlıurfada Suriya ilə sərhəddəki vəziyyətlə tanış olarkən hərbçilərlə görüşündə deyib.

H.Akar deyib ki, kimsənin torpağında gözlərinin olmadığını dilə gətirib: “Kimsənin torpağında gözümüz yoxdur. Bizim yeganə məqsədimiz ölkəmizin, millətimizin, sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Fəaliyyətimiz də elə bundan ibarətdir. Bundan başqa hər hansı məqsədimiz yoxdur”.

Akar onu da əlavə edib ki, Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına heç cür imkan verilməyəcək: “Bu məsələdə son dərəcə ciddiyik. Bu məsələ ilə bağlı mövqeyimiz ortadadır. Hədəfimiz terrora son verməkdir. Hədəfimiz İŞİD, PKK/YPG-dir. İstər ölkəmizdə olsun, istər İraqın və ya Suriyanın şimalında olsun, istər Şərqi Anadoluda, istərsə də Cənubi Anadoluda olsun, terrora qarşı sonadək mübarizə aparmaqda Türkiyə dövləti son dərəcə qərarlıdır. Bu məsələdə kimsənin şübhəsi olmasın. Türkiyə olaraq hüququmuzu, sabitliyimizi təmin etmək üçün ciddi fəaliyyət göstəririk. Bununla əlaqədar aparılan danışıqlarda həm masada, həm ərazidə varıq”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər