PKK/YPG terrorçuları Moskvada toplandı – Rusiyalı nümayəndədən anormal açıqlama

PKK/YPG terrorçuları Moskvada toplandı – Rusiyalı nümayəndədən anormal açıqlama

Suriyadakı PKK/YPG terrorçu təşkilatın nümayəndə heyəti Moskvada səfərdə olub və burada bir sıra görüşlər keçirib.

Avropa.info xəbər verir ki, bu barədə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin sabiq baş məsləhətçisi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri Vitaliy Naumkin deyib.

Suriyadan gələn PKK/YPG terror təşkilatının üzvləri Moskvaya səfrləri zamanı Rusiya XİN-də görüşlər keçirməklə bərabər Vitaliy Naumkinlə də görüşüblər.

Naumkin bildirib ki, nümayəndə heyətinin tərkibində YPG-nin, “Rojava özünüidarəetmə qurumu” və “Demokratik ittifaqın” üzvləri olub: “Bizim türk dostlarımız onları terrorçu hesab etsə də, biz belə düşünmürük”.

Qeyd edək ki, 2016-ci ilin martından etibarən Suriyanın şimalında “Rojava Federasiyası” yaradılsa da, Əsəd rejimi onları tanımayıb. 2018-ci ilin sonunda ABŞ qoşunları bu ərazidən çıxmasını elan etdikdən sonra YPG /PYD terrorçuları Əsəd rejiminə müraciət edərək onlara əraziləri, xüsusən də Mənbiçin bir hissəsində nəzarəti ələ keçirməyi təklif ediblər. YPG terror təşkilatı bunun əvəzində Əsəd rejimindən Türkiyənin hücumundan qorumalarını istəyir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər