ABŞ Yaxın Şərqə görə bütün dünyanı Polşaya toplayır

ABŞ Yaxın Şərqə görə bütün dünyanı Polşaya toplayır

ABŞ Yaxın Şərqdə sabitliyin bərpa olunması ilə bağlı beynəlxalq sammit keçirəcək.

Avropa.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo “Fox News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, sammit fevralın 13-14-də Polşada keçiriləcək.

“Biz dünyanın onlarla ölkəsindən nümayəndə toplayacağıq. Bütün ölkələr ora toplanacaq.Onlar Yaxın Şərqdə sabitliyin, sülhün, azadlığın bərpa olunmasını özləri üçün vacib hesab edirlər. Biz əmin ola bilərikmi ki, İran pozucu təsirini göstərməyəcək?”- Pompeo bildirib.

Dövlət katibi bildirib ki, sammitdə Asiya, Afrika, və Yaxın Şərq ölkələrinin təmsilçiləri iştirak edəcək.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər