Bakının mərkəzində gənci vəhşicəsinə qətlə yetirdilər – Foto (18+)

Bakının mərkəzində gənci vəhşicəsinə qətlə yetirdilər – Foto (18+)

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Avropa.info bildirir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər. Qətl hadisəsi metronun “Nizami” stansiyası yaxınlığında baş verib.

Naməlum şəxslər gənci bıçaqlayıblar. Gənc aldığı yaralardan hadisə yerində keçinib. Hazırda məsələ ilə bağlı araşdırma gedir.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata əsasən, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Emin Asif oğlu Şəmiyevdir. Məlumata əsasən, qətl hadisəsi Salatın Əskərova 64 ünvanında qeydə alınıb. Hadisə yerinə polis idarəsinin rəisi və prokuror gəlib.

23 yaşlı gənc ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Faktla bağlı 120.1. maddəsi ilə cinayət işi qaldırılıb.

Hazırda qətli törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Bakının mərkəzində gənci vəhşicəsinə qətlə yetirdilər - FOTO (+18)

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər