“Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq” – Mübariz Qurbanlı açıqladı

“Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq” – Mübariz Qurbanlı açıqladı

“Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil olunacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur”.

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, yeni salınan qəbiristanlıqlarda, o cümlədən dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq.

Din xadimlərinə dövlətin verdiyi maddi təminat məsləsinə toxunan M. Qurbanlı qeyd edib ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.

“Maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Bu vəsait hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir. Məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidirlər. Bu, dünyanın hər yerində belədir”, – komitə sədri bildirib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər