Səudiyyə Ərəbistanında 40 mindən çox qadın sürücülük vəsiqəsi alıb

Səudiyyə Ərəbistanında 40 mindən çox qadın sürücülük vəsiqəsi alıb

Səudiyyə Ərəbistanı Kralının qadınlara maşın sürməyə icazə verilməsi barədə fərmanından sonra 40 mindən çox qadın bu hüquqdan istifadə edib.

Avropa.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat Departamentinin rəisi Məhəmməd əl-Bassami məlumat yayıb. Bildirib ki, ötən il iyunun 24-dən bəri qadınların maşın sürməsinə qadağa aradan qaldırıldıqdan sonra 40 mindən çox qadına sürücülük vəsiqəsi təqdim olunub. Onun sözlərinə görə, qadınların sürücülük vəsiqəsinin alınması prosedurunun sürətləndirilməsi üçün Krallığın müxtəlif regionlarında daha 14 sürücülük məktəbinin açılması nəzərdə tutulur.

Qeyd olunur ki, müvafiq fərman imzalandıqdan bir gün sonra 120 minə yaxın səudiyyəli qadın sürücülük vəsiqəsi üçün müracıət edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər