Makedoniyanın adı rəsmən dəyşdi

Makedoniyanın adı rəsmən dəyşdi

Makedoniya parlamenti dövlətin adının Şimali Makedoniya olması barədə konstitusiyaya dəyişiklik edilməsinə səs verib.

Avropa.info xəbər verir ki, Makedoniya Avropa Birliyi (AB) və NATO-ya üzv olmaq istəsə də, Yunanıstan onun bu qurumlara inteqrasiyasına qarşı çıxırdı və bu səbəbədən də iki ölkə arasında gərginlik yaşanırdı.

İki ölkə arasında aparılan danışıqlar nəticəsində Makedoniyanın AB və NATO-ya inteqrasiya olunması üçün adının dəyişdirilməsi barədə razılığa gəlinib.

Bu danışıqların nəticəsi olaraq Makedoniyanın adının Şimali Makedoniya olmasına razılıq verilib.

Yanvarın 11-də parlamentin keçirilən iclasında Makedoniya parlamenti ölkənin adının dəyişməsinə səs verib. Deputatların 81-i lehinə, 29 müxalifət deputataı isə qərarın əleyhinə səs verib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər