ABŞ hərbi gəmilərini Suriyaya göndərdi – Qoşunlar çıxarılır

ABŞ hərbi gəmilərini Suriyaya göndərdi – Qoşunlar çıxarılır

ABŞ Hərbi-Dəniz Donanmasına və Quru qoşunlarına məxsus hərbi gəmi qurpunu qoşunlarını Suriyadan çıxarmaq üçün bu ölkəyə yola salıb.

Avropa.info “Wall Street Journal”a istinadən xəbər verir ki, Suriya istiqamətinə yön alan gəmilərə ABŞ hərbi-Dəniz Donanmasının “Kearsarge” desant gəmisi başçılıq edir.

Gəminin göyərtəsində yüzlərlə dəniz piyadaçısı, helikopter və təyyarə var.

ABŞ qoşunlarının Suriyadan çıxmasına mövqeyini açıqlayan Pentaqon rəsmisi deyib ki, qoşunların çıxarılması ilə qərarda hər hansı dəyişiklik olmayıb.

“Biz əmrləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltondan almırıq”, – Pentaqon rəsmisi bildirib.

Xatırladaq ki, Bolton  YPG terrorçularının hüquqları bəlli olmadan ABŞ qoşunları Suriyadan çıxmayacağını deyib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər