Pompeo: “Türkiyə ilə Suriyadan çıxmağın detallarını müzakirə edirik”

Pompeo: “Türkiyə ilə Suriyadan çıxmağın detallarını müzakirə edirik”

ABŞ hazırda Türkiyə ilə qoşunların Suriyadan çıxarılmasının tətbiqi mərhələlərini müzakirə edir.

Avropa.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

Pompeo bu məsələni Cüməaxşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda müzakirə etdiyini də qeyd edib. Dövlət katibi Türkiyə ilə ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarının icrası ilə əlaqədar detallar üzərində razılaşacaqlarını qeyd edib.

Qoşunların çıxarılmasının terror təşkilatlarının təhdidinin aradan qaldırılması və təhlükəsizliyin təmin olunması üçün müəyyən zaman tələb edəcəyini qeyd edən Pompeo bildirib ki, terror təşkilatlarına qarşı ciddi təzyiqlər göstəriblər: “İŞİD-lə mübarizəmizi Asiya və Şimali Afrikada bundan sonra da davam etdirəcəyik”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər