Parisdə güclü partlayış olub, 4 nəfər ölüb, 36-sı xəsarət alıb – Yenilənib

Parisdə güclü partlayış olub, 4 nəfər ölüb, 36-sı xəsarət alıb – Yenilənib

Parisdə çörək məmulatları sexində qaz sızması nəticəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb.

Bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib.

Onun sözlərinə görə, 12 nəfəri ağır olmaqla 36 nəfər xəsarət alıb.

Ölənlərdən 2-si yanğınsöndürəndir.

****

Parisdə “sarı jiletlər” etiraz aksiyasının 9-cu mərhələsinin başladığı bir vaxtda Fransa paytaxtının 9-cu rayonunda Treviz küçəsində qaz sızması nəticəsində güclü partlayış baş verib.

Avropa.info xəbər verir ki, yerli vaxtla səhər saat 9-da çörək istehsalı müəssisəsində baş vermiş partlayışdan sonra yanğın başlayıb.

Hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər