“Qarabağ” Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb

“Qarabağ” Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb

“Qarabağ” klubu Azərbaycan milli komandasının və Qazaxıstan “Astana”sının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

Avropa.info klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə “Maestro geri döndü” və 29 yaşlı yarımmüdafiəçinin fotosunda “Evinə xoş gəldin, Almeyda yazılıb.


*** 13:09

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda “Qarabağ”ın düşərgəsinə qoşulub.

Bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov şəxsi “İnstagram” hesabı vasitəsilə məlumat verib. O, 29 yaşlı yarımmüdafiəçi ilə fotosunu paylaşıb.

A.Əsgərov “O, geri döndü. Xoş gəlmisən, Riçard” yazıb.

Qeyd edək ki, Riçard Almeyda 2017/18 mövsümünün sonunda “Qarabağ”ı tərk edərək Qazaxıstan “Astana”sına keçib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər