Zəncəfil əsl dərman vasitəsi hesab edilib

Zəncəfil əsl dərman vasitəsi hesab edilib

Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

Avropa.info n istinadla xəbər verir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.

Bununla yanaşı, zəncəfil kökü qanı durulaşdıraraq qatılığını aşağı salır. Beləliklə, damarlarda qanın axması yaxşılaşır, onların xolesterin yığınlarını öz-özünə təmizləməsi prosesi tənzimlənir. Nəticədə tromboz riski azalır. Həmçinin qanın yaxşı axması və yığınlardan təmizlənmiş damarların elastikliyi hesabına arterial təzyiq aşağı düşür.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər