Azərbaycanda avtomobillər bahalaşmağa başlayıb – Rəsmi statistika

Azərbaycanda avtomobillər bahalaşmağa başlayıb – Rəsmi statistika
2018-ci ilin dekabr ayında Azərbaycanda minik avtomobilləri 0,5%, velosipedlər isə 0,2% bahalaşıb. 
Avropa.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, minik avtomobilləri ötən ilin yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymətləri sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1% bahalaşıb, iyulda isə 0,2% ucuzlaşıb. Avqust ayında minik avtomobillərinin qiymətində 0,8% artım, sentyabr ayında 0,8% azalma baş verib. Oktyabrda isə qiymətlər sabit qalıb. Noyabr ayında isə minik avtomobilləri 1,1% ucuzlaşıb.
Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda sabit qalıb, martda yenidən 0,3%, apreldə 0,1%, mayda 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabr və noyabr aylarının hər birində isə 0,2% bahalaşma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, dekabrda 1 minik avtomobilinin orta qiyməti 34 595 manat, 1 velosipedin orta qiyməti isə 165 manat təşkil edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər