“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəriciləri açıqlayıb.

Avropa.info xəbər verir ki, hesabat ayında “Türk Hava Yolları”nın yüklənmə səviyyəsi 80,2 faiz təşkil edib. Dekabrda sərnişin axınının artımı davam edib. Belə ki, ötən ay daşınan sərnişinlərin ümumi sayı 1 faiz artaraq 5,5 milyona çatıb.

Dekabrda reyslərin ümumi yüklənmə səviyyəsi 0,5 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 0,5 faiz bəndi artaraq 80 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84 faizə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3 faiz, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8 faiz artıb.

Keçən ay daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 20 faiz artıb. Artımda Afrika (33 faiz), Şimali Amerika (33 faiz), Uzaq Şərq (17 faiz) və Avropa ölkələri (17 faiz) xüsusi rol oynayıb. Dekabrda Afrika üzrə yüklənmə səviyyəsi müvafiq olaraq 2,5 faiz bəndi, Şimali Amerika, Orta və Uzaq Şərq ölkələri üzrə isə 1 faiz bəndi artıb.

Ötən il tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10 faiz artıb. Hesabat ilində aviaşirkət tərəfindən 75,2 milyon sərnişin daşınıb ki, bu da 2017-ci illə müqayisədə 9,6 faiz çoxdur.

2018-ci ildə reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81 faiz, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85 faiz olub. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sərnişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12 faiz artıb. Keçən il daşınan yüklərin/poçtun həcmi isə 25 faiz artaraq 1,4 milyon tondan çox olub.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər