Azərbaycanlı milyarder keçmiş həyat yoldaşından İnterpola şikayət etdi – Fərhad Əhmədov Tatyananı fırıldaqçılıqda ittiham edir

Azərbaycanlı milyarder keçmiş həyat yoldaşından İnterpola şikayət etdi – Fərhad Əhmədov Tatyananı fırıldaqçılıqda ittiham edir

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə arasında mülkiyyətin bölünməsinə dair mübahisələrin həll edilməsi üçün İnterpola müraciət edib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, F.Əhmədov bir neçə ildir ki, London Ali Məhkəməsinin keçmiş arvadı olan Tatyana Əhmədovaya 600 milyon dollar ödəməsi barədə çıxardığı qərara etiraz edərək, bunun ləğvi üçün hüquqi müstəvidə fəaliyyətini davam etdirir.

Azərbaycanlı milyarder məhkəmə qərarına etiraz edərək, bu qərarın yanlış olduğunu izah etməyə çalışır. O, Tatyana ilə nikahlarının hələ 2000-ci ildə, yəni onun Britaniya vətəndaşlığı almasından əvvəl pozulduğunu iddia edir. Məhkəmə, öz növbəsində, boşanma sənədlərinin saxta olduğuna qərar verib.

F.Əhmədovun vəkilləri İnterpolun Rusiya bölməsinə müraciət etmək qərarına gəliblər və orada onların nikahlarının Moskva məhkəməsinin qərarı ilə həqiqətən ləğv olunduğu təsdiq edilib.

Bundan əlavə, qurumdan bildiriblər ki, F.Əhmədovun aktivlərinin qanunsuz həbsinə dair bəyanatı üzrə araşdırma aparılır.

Biznesmen onu da təsdiq edib ki, bütün bunlar keçmiş xanımının törətdiyi fırıldaqçılıq nəticəsində baş verib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər