“Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır” – Əli Hüseynli

“Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır” – Əli Hüseynli

“Radikal müxalifətin məqsədi heç də 20 Yanvar şəhidlərini, M.Ə.Rəsulzadənin doğum günün anmaq deyil. Onların əsas hədəfi bütün imkanlardan istifadə edərək, ölkədəki ictimai-siyasi sabitliyi pozmaqdır”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti, dövlət quruculuğu komitəsinin sədri Əliu Hüseynli bildirib.

Onun sözlərinə görə, aksiyaların keçirilməsi ilə bağlı və bu qanunları pozmağa görə hüquqi baza mövcuddur.

“Hüquq-mühafizə orqanları da bu qanunvericlik bazasından istifadə etməklə layiqincə işlərinin öhdəsindən gəlirlər”, – komitə sədri deyib.

İnternet və sosial şəbəkələrdə yaranmış durum və bununla bağlı qanunvericilik bazasının yaradılması ilə bağlı səsələnən fikirlərə mövqeyini açıqlayan Ə.Hüseynli deyib ki, 2016-ci ildə Cinayət Məcəlləsinin 148-1 maddəsinə əlavələr edilib.

“Həmin dəyişikliyə əsasən, saxta profillərdən istifadə edərək insanları təhqir edən şəxslərə qarşı cəzanın tətəbiqi nəzərdə tutulur. Lakin burada qanunun praktikada tətbiqində boşluqlar mövcuddur. Siz baxın, ölkə başçısı və birinci vitse-prezident ailəcənablıq göstərib şəhid ailələri ilə görüşür, onların problemini həll edir. Ancaq internet səhifələrində bu radikal müxalifətin nümayəndələrini ölkə başçısı ilə görüşdüyünə görə təhqir edirlər. Bunların məqsədi heç də hər hansı problemin həlli deyil. Onlarin dövlətə nifrəti mövcuddur”, -Ə.Hüseynli bildirib.

Torpaqlaırn işğal olunmaısnda 1992-ci ildə hakimiyyətdə olanları ititham edən Ə.Hüseynli bildiirb ki, əgər o zaman nazirlər və məmurlar öz kəndlərini qoruya bilsəydilər, bu qədər şəhidimiz olmazdı.

Komitə sədri deyib ki, internet səhifələrində təhqirə yol verməklə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin icra yolları aranmalıdır.

Milli Məclis sədri deyib ki, bəzi məsələlərlə bağlı vaxtında qanunlar qəbul edilsə də, onların tətbiqində problemlər yaranır. “Mövcud məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə müvafiq tapşırıqlar vermişəm ki, məsələyə bir daha baxaq. Görək, necə tədbirlər görürük? İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir. Ölkə başçısı, Milli Məclisin rəhbərliyi təhqir edilir. Bu bizim mentalitetə uyğun deyil”, –  Oqtay Əsədov bildirib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər