Milli Məclisin sədri deputata acıqlandı: “Bu nədir, cavan, qoca deyirsiniz?”

Milli Məclisin sədri deputata acıqlandı: “Bu nədir, cavan, qoca deyirsiniz?”

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vəzfiyəyə təyin edildikdən sonra tikintiləri dayandırıb. Bakıya şəhərində tikinti sahəsində 50 mindən yuxarı çalışan insan işsiz qalıb”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

O, çıxışında qeyd edib ki, bu komitəyə yeni sədr təyin edilib: “Adı da Samirdir. Biz o, təyin olunanda alqışladıq ki, cavan adamdır. O gələn kimi bütün tikinti işlərini dayandırdı. Bakı şəhərində 50 min fəhlə hazırda işsizdir. Bu şəxs, görəsən, bunun məsuliyyətini başa düşürmü?

Cənab prezidentin əsas qayəsi işsizliyə son qoyulması, özünəməşğulluğun təmin edilməısidir.

Oqtay müəllim, bilirsiniz ki, mənim tikinti işi ilə əlaqəm yoxdur. Amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.

Spikerin deputata cavabı belə olub: “ Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Bu nədir, cavan, ya qoca sözlərini deyirsiniz?”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər