Braziliyada su bəndinin dağılması anının videosu yayılıb – VİDEO

Braziliyada su bəndinin dağılması anının videosu yayılıb – VİDEO

Braziliyada azı 115 nəfərin ölümü ilə nəticələnən su bəndinin dağılması anının videosu dərc olunub.

Avropa.info xəbər verir ki, kadrlarda yamac boyu palçıq axınının yaxınlaşması və mədəndəki işçilərin hadisə yerini tərk etmək cəhdləri nəzərə çarpır.

Qeyd edək ki, son məlumata əsasən, yanvarın 25-də “Vale” kompaniyasının “Corrego do Feijao” mədənində su bəndinin dağılması nəticəsində azı 115 nəfər həlak olub, 248 nəfər isə itkin düşüb. Qəzadan sonra təhlükəli zonadan 24 mindən çox insan təxliyə edilib.

Bu, Minas-Jerays ştatında son illər ərzində artıq ikinci oxşar qəzadır. Belə ki, 2015-ci ilin noyabr ayında həmin ştatın Bentu-Rodriqeş kəndində “Samarco” kompaniyasının “Vale” və BHP şirkətləri ilə birgə istifadə etdikləri iki su bəndinin dağılması nəticəsində 19 nəfər həlak olmuş və ətraf mühitə xeyli zərər dəymişdi.

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər