“Qafqaz Qartalı”nın vəfatından 148 il ötür : Şeyx Şamilin Qafqaz dağlarından başlayan və Mədinədə bitən həyat yolu

“Qafqaz Qartalı”nın vəfatından 148 il ötür : Şeyx Şamilin Qafqaz dağlarından başlayan və Mədinədə bitən həyat yolu

Qafqazın azadlığı üçün Çar Rusiyasına qarşı apardığı mübarizəyə görə “Qafqaz Qartalı” ləqəbi ilə tanınan Şeyx Şamilin vəfatından 148-il ötür.

Avropa.info saytı uzun illər Çar Rusiyasına qarşı mübarizə aparan Şeyx Şamilin həyatı haqqında qısa məlumatı oxucularına təqdim edir.

Şimali Qafqaz xalqlarının siyasi və dini lideri Şeyx Şamil Dağıstanın Gimri kəndində 1797-ci ildə dünyaya gəlib.

Şeyx Şamil kiçik yaşlarından təfsir, hədis, fiqh kimi dini elmlərlə yanaşı ədəbiyyat, tarix dərsləri də keçmişdi.

Rusların Qafqazdakı müsəlmanları əsarət altına almağa  çalışdığını görən Şamil, buna qarşı çıxmaq məqsədilə gənc yaşlarında mübarizə meydanına atıldı.

Şimali Qafqaz müsəlmanlarının 18-ci əsrin sonlarında başlatdıqları “Qazavat” adlı müqavimət hərəkatına ilk öncə İmam Mənsur rəhbərlik edirdi. Onun ölümündən sonra, 1829-cu ildə Molla Məhəmməd hərəkatının rəhbərliyinə seçildi. Molla Məhəmməd hərəkatın liderliyinə gəldikdən sonra, ruslara qarşı cihada elan etdi. Gənc Şeyx Şamil Molla Məhəmmədin müavini oldu. Molla Məhəmməd 1832-ci ilin 20 noyabrında ruslarla aparılan müharibədə həyatını itirərkən, Şeyx Şamil ağır yaralı olaraq xilas oldu.

Molla Məhəmmədin yerinə imam seçilən Həmzə bəyin 1834-cü ilin 19 sentyabrda  sui-qəsd nəticəsində öldürülməsinin ardından Şamil imam seçildi.

Qafqazdakı xalqlar Şamili imam seçərək, ruslara qarşı nizami ordu qurdular. Şeyx Şamil imam seçildiyi 1834-cü ildən 1859-ci ilə qədər Rusiyanın hərbi gücünün çoxluğu və imkanlara baxmayaraq qurduğu nizami orduyla uzun müddət  mübarizə apardı. Özündən əvvəlki iki imamın dövründə də faktiki olaraq 10 il müharibələrə iştirak edən “Qafqaz Qartalı”, təxminən 35 ilik bir mübarizə dövrü keçdi.

1856-ci ildə Paris sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya Şamilə qarşı böyük qüvvə yeritmək imkanı qazandı. Ruslar 200 min nəfərlik orduyla Qafqaza hücuma keçdi.

6 sentyabr  1859-cu ildə ruslar 200 minlik ordu ilə Şamili 400 müqavimətçi ilə birlikdə Qunibdə mühasirəyə aldı. Şamil 7 sentyabrda Rusiyanın bəzi şərtləri qəbul etməsi müqabilində təslim oldu.

Şamil ilə imperator II Aleksandrın ilk görüşməsi 15 sentyabrda Çuquyevdə baş tutdu. Peterburqda imperator II Aleksandr tərəfindən qəbul edilməsindən sonra, yaşayış yeri olaraq Kaluqa təyin olunmuşdu.

29 iyul 1861-cı il tarixində Çarskoye Seloda Şamilin imperatorla ikinci görüşü oldu. Şamil II Aleksandrdan həccə getmək üçün icazə istədi, amma rədd cavabı aldı.

1866-cı ildə Şamil şahzadə III Aleksandrın toy mərasimində qonaq kimi iştirak etdi. Həmin vaxt imperator ilə üçüncü görüşü baş tutdu. 30 avqust 1869-cu il tarixdə imperator fərmanı ilə Şamilə irsi dvoryan (zadəgan) rütbəsi verildi.

16 fevral 1869-cu il tarixdə II Aleksandr ona Məkkəyə ziyarətə getmək icazəsi verdi. 12 mayda Şamil ailəvi olaraq yola çıxaraq, 19 mayda Osmanlının paytaxtı İstanbula yetişdi. İstanbulda Osmanı xanəndanları ilə mühüm görüşlər keçirdi. İstanbulda Şamil böyük sevgi ilə qarşılandı. Şamil 20 noyabrda Məkkəyə daxil oldu. 1870-ci il martın axırlarında, həcc ziyarətinin başa çatmasından sonra, Şamil Mədinədə yaşamağa başladı. 16 fevral 1871-ci il tarixdə Şamil  Mədinədə vəfat etdi. Mədinədəki Bəqi qəbiristanlığında  dəfn edildi.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər