Ucarda dəhşət: kişi arvadını öldürdü, qayınanasını yaraladı

Ucarda dəhşət: kişi arvadını öldürdü, qayınanasını yaraladı

Ucar rayonunda qətl hadisəsi baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.

Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qayınanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.

Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər