Türk sevgilisini öldürən azərbaycanlı qadına hökm oxundu

Türk sevgilisini öldürən azərbaycanlı qadına hökm oxundu

Türkiyənin Konya şəhərində doqquz aylıq körpəsini boğduğunu iddia edərək, 34 yaşlı sevgilisi Ümid Gökəri öldürən 28 yaşlı azərbaycanlı Aysel Ehsmeyə hökm oxunub. 

Avopa.info oxu.az-a istinadən xəbər verir ki, istintaq qadına 24 il müddətinə həbs cəzası istəyib.

Prosesdə sazərbaycanlı qadın son sözlə çıxış edib:

“Başqalarına zərər verəcək biri deyiləm. Bəraət istəyirəm”.

Məhkəmənin qərarına əsasən, A.Eshme 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci il yanvarın 1-də Selcuklu rayonunun Bosna Hersek məhəlləsində baş verib. Konyadakı gecə klublarından birində işləyən Aysel 39 yaşlı həyat yoldaşı M.E.-dən iki il əvvəl boşansa da, birlikdə yaşayırmış. Cütlüyün bu müddətdə Əmir adlı oğlu dünyaya gəlib. Daha sonra Aysel körpəsi ilə birlikdə Ümidin evinə köçüb.

Hadisədən bir gün əvvəl Aysel doqquz aylıq övladını sevgilisinin yanına qoyub və işə gedib. Bir neçə saat sonra Ümid uşağı huşsuz vəziyyətdə xəstəxanaya çatdırıb. O bildirib ki, uşaq yataqdan düşüb və huşunu itirib. Həkimlər vəziyyətdən şübhələndikləri üçün polisə məlumat veriblər və Ümid həbs edilib. Ancaq bir müddət sonra azadlığa buraxılıb və Aysellə görüşmək qərarına gəlib.

Görüş zamanı Aysel sevgilisinə körpəni öldürmək istədiyi iddiası ilə hücum edib və yeddi bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Ümidin həyatını xilas etmək mümkün olmayıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər