Avropa Birliyində casus təhlükəsi: Diplomatlara küçədə ehtiyatlı gəzmələri tapşırıldı

Avropa Birliyində casus təhlükəsi: Diplomatlara küçədə ehtiyatlı gəzmələri tapşırıldı

Avropa Birliyi diplomatları bəyan edib ki, Brüsseldə 250-dək Çin və 200 Rusiya casusu daimi olaraq fəaliyyət göstərir.

Avropa.info xəbər verir ki, bu barədə “Die Welt” yazıb.

Avropa Birliyi xarici siyasət xidmətinin daxili təhlükəsizlik strukturları diplomatlara şəhərdə ehtiyatlı davranması tövsiyə edib.

Diplomatlara xüsusən də şəhərin qələbəlik ərazilərində, kafelərdə, restoranlarda, həmçinin Avropa Komissiyasının mənzil-qərargahı yaxınlığında ehtiyatlı davaranmağı tövsiyə ediblər.

Verilən xəbərə görə, Çin və Rusiya kəşfiyyatının əməkdaşları əsasən həmin ölkələrin diplomatik korpuslarında və ticarət nümayəndəliklərində çalışırlar.

Mətbu orqanı onu da qeyd edib ki, əvvəllər Brüsseldə Rusiya casusları üstünlük təşkil edərdi.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər