Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib  – VİDEO

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə ənənəyə uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər